525.Az

2017-ci ilin büdcə zərfi Milli Məclisə təqdim olundu


 

2017-ci ilin büdcə zərfi Milli Məclisə təqdim olundu<b style="color:red"></b> Azərbaycan Respublikasının 2017-ci il üzrə dövlət büdcə zərfi Milli Məclisə təqdim olub.
 
Parlamentin mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu APA-ya bildirib ki, büdcə zərfi əvvəlcə komitələrin iclasında müzakirə olunacaq, sonra isə plenar iclasa çıxarılacaq.
 
Büdcə zərfinə “Azərbaycan Respublikasında 2017-cı il üçün yaşayış minimumu haqqında”, “Azərbaycan Respublikasında 2017-cı il üçün ehtiyac meyarının həddi haqqında”, “Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2017-cı il büdcəsi haqqında” qanunlar, Milli Məclisin və Hesablama Palatasının 2017-cı il üçün xərclər smetaları daxildir.
 





15.11.2016    çap et  çap et