525.Az

Döyüş aviasiya vasitələri şərti düşmən mövqelərinə zərbələr endirdi


 

Döyüş aviasiya vasitələri şərti düşmən mövqelərinə zərbələr endirdi<b style="color:red"></b> İrimiqyaslı təlimlər Hərbi Hava Qüvvələrinin (HHQ) döyüş vasitələrinin də iştirakı ilə davam edir.
 
Müdafiə Nazirliyindən 525.az-a verilən məlumata görə, aviasiya vasitələrinin, şəxsi heyətin döyüş hazırlığı və HHQ-nin müasir avtomatlaşdırılmış idarəetmə sistemlərinin fəaliyyətləri yoxlanılıb.
 
Tam hazır vəziyyətə gətirilən 50-dən artıq hərbi təyyarə və helikopterlər ehtiyat aerodromlardan döyüş uçuşları yerinə yetirib.
 
Havaya qaldırılmış aviasiya düşmənin fəaliyyətinin qarşısının alınması və qəflətən qarşıya çıxan düşmən hədəflərinin atəşlə məhv edilməsi üzrə tapşırıqlar yerinə yetirib.
 





16.11.2016    çap et  çap et