525.Az

Tarixdə bu gün


 

Tarixdə bu gün<b style="color:red"></b>

1945-ci il. BMT-nin ixtisaslaşmış qurumu olan Elm, Təhsil və Mədəniyyət Təşkilatı – UNESCO təsis edilib.

Hazırda öz ətrafında 195 ölkəni və 10 assosiativ üzvü birləşdirən UNESCO yüzlərlə qabaqcıl beynəlxalq və qeyri-hökumət təşkilatı ilə fəal əməkdaşlıq edir.

Azərbaycan Respublikası bu təşkilata 1992-ci il iyunun 3-də üzv olub.

Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva UNESCO-nun xoşməramlı səfiridir.

Ölkəmizin tarixi-mədəni irsinin bir sıra nümunələri UNESCO-nun Ümumdünya İrsinin İlkin Siyahısına, Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına və Təcili Qorunmaya Ehtiyacı olan Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilib.

1906-cı il. Azərbaycanın Xalq artisti, rəssamı, dekorativ sənət ustası, xalçaçı Lətif Kərimov anadan olub (1906-1991).

O, dahi Azərbaycan şairi Nizami Gəncəvinin yubileyinə həsr edilmiş beş xalçanın həmmüəllifidir.

Quba, Şirvan, Bakı, Qazax, Gəncə, Qarabağ, Təbriz və Borçalı xalça qruplarına daxil olan 150-dən artıq xovlu və xovsuz xalça məmulatı çeşidlərinin rəngli reproduksiyasını hazırlayıb.

L.Kərimovun təşəbbüsü ilə 1972-ci ildə Bakıda Xalça Muzeyi təşkil olunub.

1988-ci il. Benazir Bhutto (1953-2007) Pakistanın baş naziri seçilib.

Bununla da o, müsəlman dünyasında hökumət başçısı vəzifəsinə seçilən ilk qadın kimi tarixə düşüb.

2007-ci ilin dekabrında terror aktı nəticəsində həlak olub.

 





16.11.2016    çap et  çap et