Şair Fikrət Sadıq vəfat edib.
Azərbaycan Yazıçılar Birliyindən 525.az-a verilən məlumata görə, F.Sadıq bu gün səhər saatlarında evində 86 yaşında dünyasını dəyişib.
Qeyd edək ki, F.Sadıq 1930-cu il mayın 30-da Şamaxı şəhərində anadan olub.
1963-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycanın Əməkdar mədəniyyət işçisi (1986), Azərbaycan Dövlət mükafatı laureatı (1990), Prezidentin fəxri təqaüdçüsü idi.
çap et