525.Az

Jurnalistlər arasında yazı müsabiqəsi keçirilir


 

Jurnalistlər arasında yazı müsabiqəsi keçirilir<b style="color:red"></b>

Gənclər və İdman Nazirliyinin dəstəyilə Dünya Türk Gəncləri Birliyi və Azərbaycan Gənclərinin Demokratik İnkişafa Yardımı İctimai Birliyi jurnalistlər arasında yazı müsabiqəsi keçirir.

“525”ə verilən məlumata görə, müstəqilliyin bərpasının 25-ci ildönümünə həsr olunmuş “Heydər Əliyev və Müstəqil Azərbaycan” adlı məqalə müsabiqəsi Azərbaycanın müstəqilliyinə və bu müstəqillikdə ulu öndər Heydər Əliyevin əvəzsiz rolu haqqında yeni biliklərin əldə olunmasına xidmət göstərəcək.

2016-cı il noyabrın 15-də müsabiqəyə start verilib.

Noyabrın sonunda (son tarix 30 noyabr, saat 18:00) müsabiqəyə yekun vurulacaq. Müsabiqəyə təqdim olunmuş yazılar arasından xüsusi təyin olunmuş münsif qrupu tərəfindən seçilmiş qaliblər dekabr ayında mükafatlandırma mərasimində elan ediləcək.

- Birinci yerin qalibi 1000 AZN,
- İkinci yerin qalibi 800 AZN,
- Üçüncü yerin qalibi isə 600 AZN

məbləğində mükafat alacaq. Bundan başqa müsabiqədə 3 həvəsləndirici yer müəyyənləşdirilib ki, onların hər birinə 300 AZN təqdim olunacaq.

Müsabiqənin fərqli cəhəti ondan ibarətdir ki, jurnalistlərdən yeni yazı tələb olunmur. 2016-cı il ərzində bu mövzuda dərc olunmuş yazılar müsabiqəyə təqdim oluna bilər.

Müsabiqəyə təqdim olunan yazılarda aşağıdakı xüsusiyyətlərə əhəmiyyət veriləcək:

-Materialların mövzunu dolğun əhatə etmə səviyyəsi;

-Faktlardan istifadə xüsusiyyətləri və araşdırmanın keyfiyyəti;

-İfadə vasitələrinin zənginliyi;

-Oxucu üçün informasiyalılıq dərəcəsi;

-Müsabiqə üçün verilmiş yazının getdiyi qəzet və jurnalın 1 nüsxəsi (ayrıca vərəqdə);

-Yazı elektron media resursunda verilibsə, bunu təsdiqləyən link (ayrıca vərəqdə);

-Materialın yazılı formada A4 formatlı kağız vərəqində 3 nüsxəsi (nüsxələrin hər birində materialın müsabiqə üzrə olan istiqaməti qeyd edilməli, müəllifinin adı göstərilməməlidir);
diskdə materialın elektron forması (Times New Roman şriftində, müəllifin adı qeyd olunmamaqla);

-Yazı təqdim edən şəxsin əlaqə vasitələri – ev və iş telefonu, mobil telefonu;

-Yazı elektron media resursunda verilibsə, diskdə yazının linki göstərilməlidir.

Qeyd:  Yazı müəllifinin konkret kütləvi informasiya vasitəsində çalışması şərtdir. Müsabiqə üçün təqdim ediləcək materialın müəllifin çalışdığı KİV-də verilməsi şərt deyil. Müsabiqəyə təqdim edilmiş yazıların Azərbaycan Mətbuat Şurasının “qara siyahı”sında yer alan kütləvi informasiya vasitələrində çıxması yolverilməzdir.

Ünvan: AZ1000, Səbail rayonu, Üzeyir Hacıbəyov küç., 26/92, 3-cü mərtəbə, Dünya Türk Gənclər Birliyi İctimai Birliyinin ofisi.

Əlaqə vasitələri : [email protected]
Tel: (+994 12) 598 41 36
(+994 55) 547 65 11

 





16.11.2016    çap et  çap et