525.Az

Nəsibə Zeynalova anılacaq


 

Nəsibə Zeynalova anılacaq<b style="color:red"></b> Azərbaycan teatr və kino sənətinin görkəmli nümayəndəsi, Xalq artisti Nəsibə Zeynalovanın anadan olmasının 100 illiyi münasibəti ilə xatirə tədbiri keçiriləcək.

Mədəniyyət və Turizm Nazirliyindən 525.az-a verilən məlumata görə, noyabrın 24-də təşkil olunacaq tədbirin rejissoru Cavid İmamverdiyevdir.
 
Yubiley gecəsində N. Zeynalovanın yaxınları, sənət dostları, vaxtı ilə onunla birlikdə çalışmış həmkarları iştirak edəcəklər.
 
Yubiley tədbirləri çərçivəsində Dövlət Teatr Muzeyi tərəfindən hazırlanmış səyyar sərgi təşkil olunacaq, sənətkarın həyat və yaradıcılığına həsr olunmuş kitab (müəllifi İ. Rəhimli) və foto-albom nəşr ediləcək.
 
Qeyd edək ki, Azərbaycan prezidenti İlham Əliyev Nəsibə Zeynalovanın 100 illik yubiley tədbirlərinin yüksək səviyyədə keçirilməsi ilə əlaqədar sərəncam imzalayıb. 
 
N.Zeynalova 20 aprel 1916-cı ildə Bakı şəhərində anadan olub. Əslən Bakılı olan atası Kərbəlayi Cahangir dövrünün tanınmış tacirlərindən və Azərbaycan teatrının ilk aktyorlarından biri olub.
 
Nəsibə Zeynalova 10 mart 2004-cü ildə Bakıda vəfat edib.

Cavid QƏDİR
 





16.11.2016    çap et  çap et