525.Az

“Cənub Qaz Dəhlizi Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır”


 

“Cənub Qaz Dəhlizi Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır”<b style="color:red"></b> Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Portuqaliyaya rəsmi səfəri çərçivəsində bu ölkənin İqtisadiyyat Nazirliyinin ticarət üzrə dövlət katibi Paulo Aleksandre Ferreira ilə görüşüb.
 
XİN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüş zamanı tərəflər Azərbaycan və Portuqaliya arasında ikitərəfli münasibətlərin, xüsusən iqtisadi əlaqələrin hazırkı vəziyyəti ətrafında fikir mübadiləsi apardılar, əməkdaşlığın genişləndirilməsi üçün birgə səylərin davam etdirilməsinin vacibliyini qeyd ediblər.
 
Ölkəmizdə aparılan köklü-iqtisadi islahatlar və yaradılmış əlverişli investisiya mühitindən söz açan E. Məmmədyarov Portuqaliya şirkətlərinin bu imkanlarından faydalana biləcəyini deyib. O, həmçinin Azərbaycanın təşəbbüsü və iştirakı ilə həyata keçirilən irimiqyaslı nəqliyyat və enerji layihələri, o cümlədən Şərq-Qərb nəqliyyat dəhlizi, TANAP və TAP layihələri haqqında məlumat verib. Nazir Cənub Qaz Dəhlizinin Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rola malik olduğunu diqqətə çatdırıb.
 
Tərəflər iqtisadiyyatın qeyri-neft sektoru, o cümlədən, turizm, kənd təsərrüfatı, yeyinti və yüngül sənaye, habelə informasiya texnologiyaları sahəsində əməkdaşlığın inkişaf etdirilməsi yollarını müzakirə ediblər.
 
Görüşdə həmçinin iki ölkənin biznes dairələri arasında əlaqələrin təşviq edilməsi məsələsinə də toxunulub.
 
E. Məmmədyarov P. Ferreiranı ölkəmizə səfərə dəvət edib.
 
Görüşdən sonra tərəflər Portuqaliyanın İqtisadiyyat Nazirliyində texniki nailiyyətlərə həsr olunmuş sərgiyə baxış keçiriblər.
 





16.11.2016    çap et  çap et