525.Az

IV “Zamanla üz-üzə” beynəlxalq musiqi layihəsi payız mövsümündə


 

IV “Zamanla üz-üzə” beynəlxalq musiqi layihəsi payız mövsümündə<b style="color:red"></b>

2016-cı il payız mövsümündə Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə “Zamanla üz-üzə” Beynəlxalq layihəsinin davamının keçirilməsi planlaşdırılır.

Nazirlikdən 525.az-a verilən məlumata görə, layihənin bədii rəhbəri Əməkdar incəsənət xadimi, professor Fərəc Qarayevdir.

Layihədə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri (dirijor Rauf Abdullayev), Azərbaycan Dövlət Xor Kapellası, dirijorlar Vladimir Runçak (Ukrayna),Roland Fraysitzer (Avstriya) və solist Yuliya Purgina (Avstriya) iştirak edəcəklər.

2016-cı ilin 30 noyabr, 2 dekabr, 7 dekabr və 9 dekabr tarixlərində Azərbaycan Dövlət Filarmoniyasında və Beynəlxalq Muğam Mərkəzində “Zamanla üz-üzə” Beynəlxalq layihəsi çərçivəsində konsertlər silsiləsinin keçirilməsi nəzərdə tutulub.

Budəfəki layihə Bakı səhnəsində heç zaman qoyulmamış müasir musiqi əsərlərinin səhnələşdirilməsini özündə ehtiva edir.

Qeyd edək ki, ilk dəfə 2007-2008-ci illər mövsümündə reallaşdırılmış layihənin 12 konsertində barokko və klassisizm musiqisindən müasir bəstəkarların əsərlərinə qədər geniş spektr əhatə edilib. Bir çox əsərlər Bakıda ilk dəfə səslənib, hər proqram böyük hadisəyə çevrilib.

Cavid QƏDİR

 





16.11.2016    çap et  çap et