525.Az

Vahabzadənin Şəkidəki Ev-muzeyinin statusu müəyyənləşdi


 

Vahabzadənin Şəkidəki Ev-muzeyinin statusu müəyyənləşdi<b style="color:red"></b> Nazirlər Kabineti “Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nda dəyişiklik edib.
 
APA-nın məlumatına görə, qərara əsasən Azərbaycan poeziyasının görkəmli nümayəndəsi, Xalq şairi, akademik Bəxtiyar Vahabzadənin Şəki şəhərindəki Ev-muzeyinin statusu müəyyənləşdirilib.
 
Qərara əsasən, Bəxtiyar Vahabzadənin Ev-Muzeyi Mədəniyyət və Turizm Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısına daxil edilib.
 
Muzey büdcədən maliyyələşdirilən qurumlar bölməsinə daxil edilib.
 
Qeyd edək ki, prezident İlham Əliyev oktyabrın 27-də Bəxtiyar Vahabzadənin Şəki şəhərində ev-muzeyinin yaradılması və yaşadığı binaya xatirə lövhəsinin vurulması haqqında sərəncam imzalayıb.
 





17.11.2016    çap et  çap et