525.Az

Rüfət Səfərovun apellyasiya şikayəti üzrə məhkəmə başladı


 

Rüfət Səfərovun apellyasiya şikayəti üzrə məhkəmə başladı<b style="color:red"></b> Şirvan Apellyasiya Məhkəməsində Zərdab rayon Prokurorluğunun sabiq müstəntiqi Rüfət Səfərovun barəsində çıxarılan hökmdən verilən apellyasiya şikayəti üzrə ilkin baxış iclası keçirilib.
 
APA-nın Mil-Muğan bürosunun xəbərinə görə, hakim Ələsgər Novruzovun sədrliyi ilə keçirilən prosesdə məhkəmə baxışı dekabrın 1-nə təyin olunub.
 
Qeyd edək ki, Rüfət Səfərov Cinayət Məcəlləsinin 311-ci (rüşvət alma) maddəsi ilə təqsirləndirilib. Bu il yanvarın 15-də Binəqədi rayon Məhkəməsinin qərarı ilə R. Səfərov barəsində 4 ay müddətinə həbs-qətimkan tədbiri seçilib. Həmin qərardan məhkəməyə müraciət olunaraq həbs qərarının ev dustaqlığı ilə əvəz olunması istənilib. Yanvarın 22-də onun müraciətinə Binəqədi rayon Məhkəməsi tərəfindən baxılıb və barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı ilə əvəzlənib.
 
Sentyabrın 8-də Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə R. Səfərov 9 il müddətinə azadlıqdan məhrum edilib.
 
Hökmdən apellyasiya şikayəti verilib.
 
Xatırladaq ki, R. Səfərov Müdafiə Nazirliyinin mətbuat xidmətinin keçmiş rəisi Eldar Sabiroğlunun oğludur.
 





17.11.2016    çap et  çap et