525.Az

Türkdilli ölkələrin milli kitabxana direktorlarının 4-cü konfransı


 

Türkdilli ölkələrin milli kitabxana direktorlarının 4-cü konfransı<b style="color:red"></b>

Noyabrın 16-da Türkiyə Milli Kitabxanasında türkdilli ölkələrin milli kitabxana direktorlarının 4-cü konfransı keçirilib.

TÜRKSOY-un Baş katibi Düsen Kaseinov və Türkiyə Respublikasının Mədəniyyət və turizm naziri Nabi Avcı çıxış edərək konfransın işinə uğurlar arzulayıblar.

Tədbiri Türkiyə Milli Kitabxanasının direktoru Zülfi Toman açaraq iştirakçıları salamlayıb. Azərbaycan Milli Kitabxanasının direktoru, professor Kərim Tahirov təşkilatın gələcək inkişafından danışıb.

Azərbaycan Milli Kitabxanasının direktor müavini Ədibə İsmayılova burada həyata keçirilmiş innovativ yenilikləri, onlayn xidmətləri slayd vasitəsilə nümayiş etdirib, innovasiyaların tətbiqi təcrübəsindən danışıb.

Konfransda Başqırdıstan Milli Kitabxanasından Venera Tulebaeva, Qaqauz Milli Kitabxanasından Yevgenia Liulenova, Qazaxıstan Milli Kitabxanasından Canat Seidumanov, Qazaxıstan Milli Akademik Kitabxanasından Alfiyya İlyassova və Aliya Kozabekova, Qırğızıstan Milli Kitabxanasından Jıldız Bakaşova və Gulmira Mamurkulova, Şimali Kipr Dövlət Kitabxanasından Ceyhan Özyıldız və Tuğba Arkan, Moldova Milli Kitabxanasından Elina Bolqarina, Özbəkistan Ziya Uz Kitabxanasından Davronbek Rustamoviç Tadjialiyev, Tatarıstan Milli Kitabxanasından Syuyumbika Ziqanşina kitabxanalarında olan son yenilikləri slayd vasitəsilə nümayiş etdirib, kitabxanalarda gedən avtomatlaşdırılmış proseslər barədə məlumat veriblər.

 





17.11.2016    çap et  çap et