525.Az

Bülənt Korkmaz Bakıdadır


 

Bülənt Korkmaz Bakıdadır<b style="color:red"></b> Türkiyə futbolunun əfsanələrindən olan Bülənt Korkmaz yenidən Bakıya gəlib.

Apasport.az saytının məlumatına görə, bunu B. Korkmaz özü açıqlayıb.
 
Sosial şəbəkədə paytaxtımızdan şəkil paylaşan Korkmaz Azərbaycana münasibətini yazısı ilə nümayiş etdirib: “Qardaş ölkə Azərbaycan”.
 
“Qalatasaray” və Türkiyə millisindəki futbolçu karyerasının ardından uğursuz məşqçi fəaliyyəti ilə tanınan Korkmaz 2009/10 mövsümünün gedişində “Bakı”nı çalışdırıb. Həmin vaxtdan ölkəmizdə əlaqələri möhkəmlənən çalışdırıcının şəxsi işləri üçün gəldiyi ehtimal edilir.
 
Qeyd edək ki, Korkmazın son iş yeri bu il ayrıldığı “Mersin İdman Yurdu” olub.
 





17.11.2016    çap et  çap et