525.Az

Belarus Rusiyadan asılılığı azaltmaq istəyir


 

Belarus Rusiyadan asılılığı azaltmaq istəyir<b style="color:red"></b> Rusiya neftindən asılılığını azaltmaq istəyən Belarus alternativ mənbələr axtarır.

"APA-Economics" "Reuters" agentliyinə istinadən xəbər verir ki, bunu Belarus prezidenti Aleksandr Lukaşenko bu gün keçirilən mətbuat konfransında deyib.
 
Bu il Rusiya Belarusa 24 mln. ton neft ixrac etməyi planlaşdırsa da, sonradan nəqli 40% azaldıb. Buna iki ölkə arasında qaz nəqlinə dair mübahisə səbəb olub. Neft ixracının azalması Belarusun ÜDM-nə 0,3% həcmində ziyan vurub.
 
"İndiki vəziyyətdə dünya bazarlarında neft kifayət qədərdir. Biz bir neçə variant üzərində işləyirik. Bunlardan biri də Ukrayna üzərindən neftin nəql olunmasıdır", - deyə A. Lukaşenko bildirib.
 
Prezident əlavə edib ki, rəsmi Moskva enerji resurslarından Belarus təzyiq aləti kimi istifadə edir. "Lakin vəziyyət yaxınlarda dəyişəcək", - deyə o bildirib.
 
Bir neçə il bundan öncə Rusiya ilə analoji münaqişə səbəbindən Belarus Venesuela nefti hesabına qonşu ölkədən idxalı kompensasiya etmişdi.
 
Bir müddət öncə isə "Belneftxim" dövlət müəssisəsi Odessa limanı üzərindən Azərbaycan neftinin sınaq nəqlini həyata keçirib.
 





17.11.2016    çap et  çap et