525.Az

Xırdalanda bank yandı, yaralı var


 

Xırdalanda bank yandı, <b style="color:red">yaralı var</b> Xırdalan şəhərinin ərazisində yanğın hadisəsi baş verib.
 
525.az-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, "Yunayted Kredit" bankının avtomobil təmiri sexinin zirzəmisində elektrik naqillərinin qısa qapanmasından yanğın baş verib. Nəticədə 20 kvadrat metr sahədə sexin yanar konstruksiyaları yanıb, orada işləyən Mahir Qasımov isə tüstüdən zəhərləndiyindən üçün xəstəxanaya yerləşdirilib.
Faktla əlaqədar araşdırma aparılır.
 





30.03.2013    çap et  çap et