525.Az

Əbülfəs Qarayev Küveyt nümayəndə heyəti ilə görüşdü


 

Əbülfəs Qarayev Küveyt nümayəndə heyəti ilə görüşdü<b style="color:red"></b>

Noyabrın 16-da Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Bakıya Küveyt Dövlətinin Sivil Aviasiya üzrə Direktorluğunun Baş katibi və Direktorluğun fəaliyyətdə olan Prezidenti Yousef Al-Fouzanın rəhbərliyilə nümayəndə heyətini qəbul edib.

Görüşdə Ə.Qarayev iki ölkənin mədəniyyət və turizm sahələrində birgə əməkdaşlıq layihələrindən söhbət açıb. Nazir bildirib ki, ötən ilin noyabr ayından etibarən ölkə başçısının müvafiq tapşırığına əsasən BƏƏ vətəndaşları, bu ilin fevral ayından etibarən isə digər Körfəz ölkələri üçün hava limanlarında sadələşdirilmiş qaydada viza sistemi tətbiq olunmağa başladıqdan sonra ölkəmizə qeyd olunan regiondan gələn turist sayında kifayət qədər artım baş verib. Eyni zamanda qeyd etmişdir ki, artıq bir neçə ildir BƏƏ-nin Dubay şəhərində Azərbaycanın turizm nümayəndəliyi fəaliyyət göstərir və bu nümayəndəlik vasitəsilə İran Körfəzi ölkələrində Azərbaycanın turizm potensialı intensiv şəkildə təbliğ olunur.

Nazir Küveytdə Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Azərbaycanın iri turizm şirkətləri və mehmanxanalarının nümayəndələrinin təmsil olunduğu təqdimatın keçirildiyini, belə tədbirlər nəticəsində ikitərəfli turist mübadiləsinin artmasının əhəmiyyətini qeyd edib. Ə.Qarayev İran Körfəzi ölkələrindən ölkəmizə gələn turistlərin sayının daha da artırılması üçün aviareyslərin sayının artırılması və inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.

Ölkəmizdə keçirilən bir sıra beynəlxalq tədbirlər haqqında məlumat verən nazir Ə.Qarayev növbəti ildə təşkil olunacaq Ticarət Festivalı (Shopping festival), İslam Həmrəylik Oyunları, Formula-1 Qran Pri Yarışları barədə də qonaqları məlumatlandırıb və bu tədbirlərdə iştirak üçün dəvət edib.

Nümayəndə heyətinin başçısı Yousef Al-Fouza qəbula görə təşəkkürünü bildirib və ölkələrimiz arasında turist mübadiləsinin 2016-cı ildə olduğu kimi növbəti ildə də artacağına ümidvar olduğunu deyib.

 





18.11.2016    çap et  çap et