525.Az

"Barselona"ya növbəti rədd cavabı


 

"Barselona"ya növbəti rədd cavabı<b style="color:red"></b>

İspaniya Futbol Federasiyasının Apellyasiya Komitəsi "Barselona"nın futbolçusu Lionel Messi ilə bağlı apellyasiya şikayətini növbəti dəfə rədd edib.

Qol.az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, argentinalı hücumçunun sarı vərəqəsinin ləğv edilməsi ilə bağlı müraciətinə müsbət cavab verilməyib.

Qeyd edək ki, L.Messi "Sevilya"la ilə görüşün 83-cü dəqiqəsində butsu çıxdığı üçün onu yenidən geyinib. Matçın hakimi həmin müddət argentinalı hücumçunun ləng hərəkət edərək vaxtı uzatmağa çalışdığını düşünərək ona sarı vərəqə göstərib.

Xatırladaq ki, "Barselona"nın sözügedən cəzanın ləğvi ilə bağlı bundan əvvəlki müraciəti də rədd edilmişdi.

 





18.11.2016    çap et  çap et