525.Az

Tarixdə bu gün


 

Tarixdə bu gün <b style="color:red"></b> 1999-cu il. İstanbulda ATƏT üzvü olan dövlət başçılarının sammiti başa çatıb.

Prezident Heydər Əliyev toplantıda çıxış edib, sammitin sənədlərini imzalayıb.

Sammit çərçivəsində Azərbaycan və Ermənistan prezidentlərinin ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin (ABŞ, Rusiya, Fransa) XİN başçılarının iştirakı ilə görüşü keçirilib.

1918-ci il. Azərbaycan Milli Şurasının iclasında Xalq Cümhuriyyətinin geniş tərkibli parlamentinin (Müəssislər Məclisi) çağrılması barədə qərar qəbul edilib.

Yeni parlamentin 120 deputatdan təşkil olunması qərara alınıb: 80 yer müsəlman (azərbaycanlı) əhaliyə, 21 yer ermənilərə, 10 yer ruslara, 4 yer digər milli azlıqlara (alman, yəhudi, gürcü, polyak), 5 yer isə neft sənayeçiləri və həmkarlar ittifaqlarına ayrılıb.
 
1986-cı il. SSRİ-də ilk dəfə olaraq fərdi əmək fəaliyyətinə icazə verən qanun qəbul olunub.

Qanuna əsasən, ölkədə, o cümlədən, Azərbaycanda ilk özəl müəssisələr - kooperativlər yaranmağa başlayıb.
 
2002-ci il. NATO Parlament Assambleyasının İstanbulda keçirilən sessiyasında Azərbaycan quruma assosiativ üzv qəbul edilib.
 
1993-cü il. Məşhur rus-sovet kinorejissoru Leonid Qayday vəfat edib (1923-1993).

O, “Qafqaz əsiri”, “I əməliyyatı və Şurikin başqa macəraları”, “Brilyant əl” və digər məşhur kinokomediyaları ekranlaşdırıb.
 





19.11.2016    çap et  çap et