525.Az

Messi Argentina Futbol Federasiyasının borcunu ödədi


 

Messi Argentina Futbol Federasiyasının borcunu ödədi<b style="color:red"></b> Argentina millisinin super ulduzu Lionel Messi təkcə yığmada vurduğu qollarla deyil, digər sahələrdə də ölkə futboluna yardımçı olmağa davam edir.
 
Apasport.az saytının məlumatına görə, DÇ-2018-in seçmə oyunları ilə əlaqədar millinin düşərgəsində olan Leo Argentina Futbol Federasiyasının (AFA) borclarını da ödəyib.
 
Belə ki, toplanış zamanı məlum olub ki, AFA-nın millinin təhlükəsizliyini qoruyan şirkətə borcu var imiş.

Federasiya şirkətə son 6 ayın ödənişini etməyib. Bu barədə təhlükəsizlik əməkdaşları Messiyə xəbər veriblər. O isə bütün xərcləri öz cibindən ödəyib.
 





19.11.2016    çap et  çap et