525.Az

Milli ordunun əsgəri güllə yarası alıb


 

Milli ordunun əsgəri güllə yarası alıb<b style="color:red"></b> Martın 30-da Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində bədbəxt hadisə baş verib.

Lent.az-ın məlumatına görə, Goranboy rayonunda, cəbhə xəttində yerləşən hərbi hissədə əsgər Samir Əliyev silahı təmizləyərkən ehtiyatsızlıqdan atəş açılıb. Nəticədə əsgər Toğrul Abdullazadə güllə yarası alıb. O, hərbi hospitala yerləşdirilib.
 
Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini, mayor Teymur Abdullayev faktı Lent.az-a təsdiqləyib.
 
 





01.04.2013    çap et  çap et