525.Az

"Neft tələbatındakı artım 2040-cı ilədək davam edəcək"


 

"Neft tələbatındakı artım 2040-cı ilədək davam edəcək"<b style="color:red"></b>

Qlobal neft tələbatındakı artım 2040-cı ilədək davam edəcək.

AZƏRTAC xəbər verir ki, bu sözləri Beynəlxalq Enerji Agentliyinin (IEA) icraçı direktoru Fatih Birol deyib.

O, neftə olan tələbatın uzun müddət yüksəlməyə davam edəcəyini bildirib:

“Çünki mövcud vəziyyətdə bərpaolunan enerji mənbələrinə investisiyaların artmasına baxmayaraq bu enerji növü aviasiya və neft-kimya sektorunda neftə çox az alternativ olub.
 
Neftlə çalışan mühərriklərdə məhsuldarlığın və ya elektrik enerjisi ilə işləyən avtomobillərin sayının artmasına baxmayaraq bu, qlobal neft tələbatındakı artımı azaltmaq üçün yetərli olmayacaq”.

 





19.11.2016    çap et  çap et