525.Az

2021-ci ilədək qaz hasilatı 32% artacaq


 

2021-ci ilədək qaz hasilatı 32% artacaq<b style="color:red"></b> Bu il Azərbaycanda 29 mlrd. 242,5 mln. kubmetr qaz hasil ediləcəyi proqnozlaşdırılıb.
 
“APA-Economics”in məlumatına görə, bu, Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsi zərfində öz əksini tapıb. Bu, ötən ildəki göstəricidən 0,23% çoxdur.
 
2017-ci ildə ölkədə qaz hasilatının 28 mlrd. 390 mln. ton təşkil edəcəyi gözlənilir ki, bu da builki proqnozdan 2,92% azdır.
 
Sənəddə qeyd olunub ki, 2018-ci ildə 30 mlrd. 316,5 mln. ton, 2019-cu ildə 35 mlrd. 603 mln. ton, 2020-ci ildə isə 38 mlrd. 711 mln. ton qaz istehsal olunacaq.
 
2020-ci ildə Azərbaycanda qaz hasilatı builki proqnozdan 32,4% çox olacaq.
 





22.11.2016    çap et  çap et