525.Az
Gizli yolla ölkəyə mobil telefonların gətirilməsinin qarşısı alındı
Tovuz Gömrük İdarəsinin Sınıq Körpü gömrük postunda Gürcüstandan Azərbaycana gələn Azərbaycan vətəndaşının idarə etdiyi minik avtomobilinə gömrük baxışı keçirilib.
Dövlət Gömrük Komitəsinin Mətbuat Xidmətindən “APA-Economics”ə verilən məlumata görə, baxış zamanı avtomobildə idarəetmənin altında gizlədilmiş 4 ədəd “Samsung Galaxy J1 ace” markalı mobil telefon aşkar edilərək götürülüb.
Faktla bağlı araşdırma aparılır.
22.11.2016
çap et