525.Az

Bakıda kişi donaraq öldü


 

Bakıda kişi donaraq öldü<b style="color:red"></b> Bakıda donmuş kişi meyiti tapılıb.
 
Şahidlərin APA-ya verdiyi məlumata görə, hadisə Babək prospekti ilə Nəcəfqulu Rəfiyev küçəsinin küçələrinin kəsişməsində qeydə alınıb.
 
Dəmiryol xəttinin kənarında 45-50 yaşlarında naməlum kişi meyiti aşkarlanıb. Əraziyə polis əməkdaşları gəlib.

İlkin ehtimala görə, meyiti tapılan tüfeyli həyat tərzi keçirən şəxs olub.
 
Xətai rayon Polis İdarəsinin 37-ci Polis Bölməsindən APA-ya faktı təsdiqləyiblər.
 
Polisdən bildirilib ki, ilkin ehtimala görə, həmin şəxs donvurmadan ölüb.
 





23.11.2016    çap et  çap et