525.Az

Yevlaxda qadağan olunmuş dini ədəbiyyat, silah-sursat və narkotik aşkarlandı


 

Yevlaxda qadağan olunmuş dini ədəbiyyat, silah-sursat və narkotik aşkarlandı<b style="color:red"></b> Yevlax sakinindən qadağan olunmuş dini ədəbiyyat, silah-sursat və narkotik götürülüb.
 
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Yevlax Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini Heydər Bəkirovdan 6,58 qram marixuana götürülüb.
 
Onun evinə baxış zamanı isə oradan "RQD-5", "RKQ-3" markalı qumbaralar, qumbaranın alışqanı üçün fitil, 16 ədəd patron, yayılması və təbliği qanunla qadağan edilmiş 1 ədəd dini ədəbiyyat aşkar edilib.
 





23.11.2016    çap et  çap et