525.Az

"Yeni Nəfəs" Gənclər Təşkilatı Quba məzarlığını ziyarət edib


 

"Yeni Nəfəs" Gənclər Təşkilatı Quba məzarlığını ziyarət edib<b style="color:red"></b>

"Yeni Nəfəs" Gənclər Təşkilatı 31 Mart Soyqırım günü ilə əlaqədar Quba məzarlığına ziyarət təşkil edib.

525.az-ın məlumatına görə, tədbirdə əvvəlcə soyqırım qurbanlarının xatirəsi anılıb. Sonra Yeni Nəfəs Gənclər Təşkilatının sədri Mehman Həsən 31 Mart Soyqırımı haqqında məlumat verib. “Bu, bir millətin bilə-bilə digər bir milləti öz milli mənsubiyyətinə görə təmamilə məhv etməsi idi. Bizim borcumuz bu tarixi unutmamaq və gənclərimizə də unutdurmamaqdır".

Daha sonra Qarabağ qazisi Tutu Cumayeva gənclərə müraciət edərək deyib: "Qanla verilən torpaq ancaq qanla alına bilər".

Gənclərdən isə Əli Turan 31 Mart Soyqırımı haqqında fikirlərini bölüşüb və gənclərimizi mübariz olmağa səsləyib. Sonda isə gənclər "Unutmayaq, unutdurmayaq" şüarını səsləndirib.

 





01.04.2013    çap et  çap et