525.Az
Azərbaycan İsraildə meşə yanğınlarının söndürülməsi üçün təyyarə göndərir
Azərbaycan İsraildə meşə yanğınlarının söndürülməsi üçün təyyarə göndərəcək.
Fövqəladə Hallar Nazirliyindən (FHN) APA-ya verilən məlumata görə, İsrail hökuməti bu ölkədə tüğyan edən meşə yanğınları ilə əlaqədar müvafiq köməkliyin göstərilməsi üçün Azərbaycan hökumətinə müraciət edib.
Bununla bağlı prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, FHN-ə məxsus “BE-200ÇS” amfibiya tipli təyyarənin müvafiq yanğınsöndürmə avadanlıqları ilə İsrailə göndərilməsi üçün hazırlıq işlərinə başlanılıb.
25.11.2016
çap et