525.Az

Xalq yazıçısı Anar Mustafa Məsturla görüşdü


 

Xalq yazıçısı Anar Mustafa Məsturla görüşdü<b style="color:red"></b> Noyabrın 23-də Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri, Xalq yazıçısı Anar tanınmış İran yazıçısı Mustafa Məsturu qəbul edib.

AYB-dən 525.az-a verilən məlumata görə, qəbulda Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin sədri Səlim Babulllaoğlu, AYB sədrinin müavini Nazim İbrahimov, gənc şərqşünas-tərcüməçi Ariz Tarverdiyev iştirak ediblər.

Qəbul zamanı bir çox mövzular, o cümlədən, "ədəbiyyat, din, mənəviyyat, cəmiyyət" kimi mövzular ətrafında söhbət aparılıb, eyni zamanda Azərbaycan-İran arasında ədəbi mübadilə işinin perspektiv imkanları müzakirə edilib.
 





25.11.2016    çap et  çap et