525.Az

Professor Zəkəriyyə Əlizadə vəfat etdi


 

Professor Zəkəriyyə Əlizadə vəfat etdi<b style="color:red"></b> Geologiya-mineralogiya elmləri doktoru, professor Zəkəriyyə Əlizadə noyabrın 23-də 80 yaşında vəfat edib.
 
Bu barədə APA-ya AMEA-dan məlumat verilib.
 
Z. Əlizadə 1936-cı il fevralın 4-də Şəki şəhərində anadan olub.

1953-cü ildə M. Əzizbəyov adına Azərbaycan Sənaye İnstitutunun geoloji-kəşfiyyat fakültəsinə daxil olub, 1958-ci ildə ali məktəbi dağ-mədən geoloqu mühəndisi ixtisası üzrə başa vurub.
 
Z. Əlizadə 1972-ci ildə Azərbaycan EA Rəyasət Heyətinin sərəncamına əsasən köçürmə yolu ilə Şəki Elmi Bazasına rəhbər təyin edilib. 1962 - 2010-cu illərdə alimin 80-dən çox elmi məqaləsi, 4 kitabı nəşr olunub.

AMEA-nın yaradılmasının 60 illik yubileyi ilə əlaqədar ölkə prezidentinin sərəncamı ilə o, “Tərəqqi” medalı ilə təltif edilib.
 





25.11.2016    çap et  çap et