525.Az

Cahangir Hacıyevin bacanağının şikayəti təmin edilmədi


 

Cahangir Hacıyevin bacanağının şikayəti təmin edilmədi<b style="color:red"></b> Bakı Apellyasiya Məhkəməsində mənimsəmədə təqsirləndirilən “İntertobakko” Zaqatala Tütün Emalı Zavodunun sabiq direktoru İsmayıl Hidayətzadənin apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.
 
APA-nın məlumatına görə, hakim Faiq Qasımovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib. Qərara əsasən, şikayət təmin edilməyib.
 
Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə İ. Hidayətzadə 7 il müddətinə azadlıqdan məhrum edilib.

Hökmdən narazı qalan İ. Hidayətzadə apellyasiya şikayəti verərək azadlığa buraxılmasını istəyib.

O, 2015-ci ildə saxlanılıb və "Azərbaycan Beynəlxalq Bankı" ASC-dən 100 milyon dollar kredit götürərək mənimsəməkdə təqsirləndirilib.
 
İ. Hidayətzadə "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin keçmiş sədri Cahangir Hacıyevin bacanağıdır.
 





26.11.2016    çap et  çap et