525.Az

Natiq Əliyev Vyana səfərini ləğv etdi


 

Natiq Əliyev Vyana səfərini ləğv etdi<b style="color:red"></b>

Azərbaycanın energetika naziri Natiq Əliyev Vyanaya səfərini ləğv edib.

Bu barədə Trend-ə Energetika Nazirliyindən məlumat verilib.

Nazirlikdən bildirilib ki, buna səbəb Vyanada keçirilməsi planlaşdırılan OPEK üzvlərinin və kartelə daxil olmayan ölkələrin görüşünün ləğv edilməsidir.

Ötən gün məlum olub ki, Səudiyyə Ərəbistanı görüşdə iştirak etməyəcək. Bu, toplantının ləğv edilməsinə səbəb olub.

 





26.11.2016    çap et  çap et