525.Az

Tarixdə bu gün


 

Tarixdə bu gün<b style="color:red"></b> 1893-cü il. Dünyada ilk dəfə olaraq Yeni Zelandiyada qadınlar seçkilərdə iştirak ediblər.

Avropada isə qadınlara seçki hüququnu verən ölkələr sırasında ilk yerləri Norveç, Finlandiya və İslandiya tutur.
 
1938-ci il. Mustafa Kamal Atatürkün tarixi vəsiyyətnaməsi açıqlanıb.

Vəsiyyətnaməyə əsasən Atatürk pulunu, Çankayadakı mülkünü Cümhuriyyət Xalq Partiyasına bağışlayıb.

O, pulunun faizindən yaxınlarına, mənəvi övladlarına aylıq məbləğin, İsmət İnönünün övladlarına isə ali təhsil haqqı ödənişi kimi müəyyən vəsaitin verilməsi şərtini qoyub.

Atatürk faizdən gələcək vəsaitin qalan hissəsinin isə hər il Türk Dil və Tarix idarələri arasında bölünməsini vəsiyyət edib.

1943-cü il. İkinci Dünya müharibəsinin gedişində diplomatik mübarizədə xüsusi yer tutan Tehran konfransı keçirilib.

Antihitler koalisiyası liderlərinin - İosif Stalin (SSRİ), Franklin Ruzvelt (ABŞ) və Uinston Çörçillin (Böyük Britaniya) iştirakı ilə keçirilmiş konfrans müttəfiq dövlətlərin müharibənin tezliklə başa çatmasına yönələn birgə səylərini nümayiş etdirdi.

Konfrans faşist blokunun böhranının dərinləşməsində mühüm rol oynadı.

 

 





28.11.2016    çap et  çap et