525.Az

İsrailiə göndərilən təyyarə 8 məntəqədə yanğını uğurla söndürdü


 

İsrailiə göndərilən təyyarə 8 məntəqədə yanğını uğurla söndürdü<b style="color:red"></b> Azərbaycan Fövqəladə Hallar Nazirliyinin (FHN) təyyarəsi İsrailin 8 məntəqəsində yanğını müvəffəqiyyətlə söndürüb.
 
APA-nın xəbərinə görə, bu barədə FHN-nin yaydığı məlumatda bildirilir.
 
"Xəbər verildiyi kimi, İsrail hökumətinin müraciəti əsasında Azərbaycan prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, İsraildə tüğyan edən yanğınların söndürülməsi üçün Azərbaycan Fövqəladə Hallar Nazirliyinin “BE-200ÇS” amfibiya tipli təyyarəsi 25 noyabr 2016-cı il tarixində İsrailə göndərilib.

Təyyarə noyabrın 26-da yanğın yerlərinin kəşfiyyat xarakterli uçuşlarını həyata keçirib və 80 ton su atmaqla 8 məntəqədə yanğını müvəffəqiyyətlə söndürüb.

Yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir", - deyə məlumatda bildirilir.​
 





28.11.2016    çap et  çap et