525.Az

“Qəzvin-Rəşt dəmir yolu layihəsi üzrə son tamamlanma işləri aparılır”


 

“Qəzvin-Rəşt dəmir yolu layihəsi üzrə son tamamlanma işləri aparılır”<b style="color:red"></b> Şimal-Cənub dəhlizi çərçivəsində Qəzvin-Rəşt dəmir yolu layihəsi üzrə son tamamlanma işləri aparılır.
 
Bunu APA-nın Tehran bürosuna eksklüziv açıqlamasında İranın yol və şəhərsalma naziri Abbas Axundi deyib.
 
A.Axundi deyib ki, bu dəmir yolu təkmilləşdikdən sonra Rəşt-Astara dəmir yoluna birləşəcək: “Rəşt-Astara (İran) – Astara (Azərbaycan) dəmir yolu layihəsi də davam etdirilir və proqram üzrə Qəzvin-Rəşt dəmir yoluna birləşdiriləcək”.
 
A.Axundi Şimal-Cənub dəhlizini səmərəli və önəmli bir dəhliz adlandırıb: “Bu dəhliz Hindistanın Mumbay şəhərini Rusiyanın Moskva şəhərinə və Avropaya birləşdirəcək. Geniş potensialına görə iqtisadi baxımdan dəhliz yolunda olan ölkələr üçün əlverişli fürsətdir.”
 
Qeyd edək ki,  Qəzvin-Rəşt dəmir yolu layihəsinin uzunluğu 164 kilometrdir ki, 2006-cı ildən tikintisinə başlanılıb. Qəzvin-Rəşt-Astara dəmir yolu Şimal-Cənub Nəqliyyat Dəhlizinin bir hissəsidir və dəmiryolu Asiya və Avropa ölkələrinin bir çoxunu bir-birinə birləşdirir. Dəmir yolunun tikintisi Azərbaycan, Rusiya və İran tərəfindən həyata keçirilir.  Bu dəhliz tranzit yollarının qısalması, xərclərin azalması və yüklərin qısa zamanda daşınmasına imkan verəcək.
 





28.11.2016    çap et  çap et