525.Az

Tarixdə bu gün


 

Tarixdə bu gün<b style="color:red"></b>

1928-ci il. Görkəmli Azərbaycan rəssamı, pedaqoq, professor, Azərbaycan və SSRİ Xalq rəssamı, Rusiya Rəssamlıq Akademiyasının vitse-prezidenti Tahir Salahovun doğum günüdür.

Azərbaycan neftçiləri haqqında silsilə əsərlər rəssamın yaradıcılığında xüsusi yer tutur.

T.Salahovun əsərləri dünyanın müxtəlif ölkələrinin ən iri muzeylərində, şəxsi kolleksiyalarda saxlanılır.

1899-cu il. “Barselona” futbol klubunun əsası qoyulub.

Joan Hamperin başçılığı ilə bir qrup isveçrəli, britaniyalı, ispaniyalı və kataloniyalı futbolçu tərəfindən yaradılan klub Kataloniyanın rəmzlərindən birinə çevrilib: “Més que un club”, yəni “Klubdan da artıq”  devizi belə yaranıb. 
 
1947-ci il. BMT Baş Məclisi Fələstin ərazisində ərəb və yəhudi dövlətlərinin yaradılması haqqında qətnamə qəbul edib.

BMT-nin Fələstinin bölünməsinə dair planı Fələstində Britaniya mandatının 1948-ci il avqustun 1-i üçün qüvvədən düşməsini nəzərdə tutur və onun ərazisində iki dövlətin yaranmasını tövsiyə edirdi.

BMT-nin qərarına görə, Qüds və Beytləhm beynəlxalq nəzarət altında ərazi olmalı idi.

 





29.11.2016    çap et  çap et