525.Az

Metroda oğurluq edənlər həbs olundular


 

Metroda oğurluq edənlər həbs olundular<b style="color:red"></b> Bakı metropolitenində oğurluq, cibgirlik kimi cinayət əməlləri törətmiş bir qrup şəxs saxlanılıb.

525.az-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Metropolitendə Polis Şöbəsi əməkdaşlarının apardığı əməliyyat-axtarış tədbirləri nəticəsində paytaxt sakinləri Ələkbər Ələkbərzadə, Dmitri Xardinov və Ağcabədi rayon sakini Elməddin Tağıyev saxlanılıb. Onların Bakı Metropoliteninin stansiyalarında yerləşən bir neçə köşkdən, həmçinin sərnişinlərin çantaların oğurluq etmələri müəyyən edilib.
 
İlkin olaraq qrup üzvlərinin Üzeyir Məmmədova məxsus köşkdən 791 manat pul və qiymətli əşyalar, Elfay Cəfərova məxsus köşkdən xeyli danışıq kartları, Könül Muxtarzadənin çantasından pul və sənədlər oğurlaması aşkar edilib.
 
Araşdırmalar davam etdirilir.
 





02.04.2013    çap et  çap et