525.Az

Siqaret reklamı qadağan olunur


 

Siqaret reklamı qadağan olunur<b style="color:red"></b> Azərbaycanda tütün və tütün məmulatların reklamı qadağan olunur, tütün və tütün məmulatının istehsalı və (və ya) satışı ilə məşğul olan şəxslərə isə sponsorluq qadağan edilir.
 
APA-nın məlumatına görə, bununla bağlı Milli Məclisin bu gün keçirilən iclasında “Tütün və tütün məmulatı haqqında” qanuna əlavə və dəyişikliklər müzakirə olunub.
 
Qanunun 20-ci maddəsinə təklif olunan dəyişikliyə əsasən, tütünün, tütün məmulatının və onların ləvazimatlarının, o cümlədən, tənbəki çubuqlarının, qəlyanların, elektron siqaretlərin, siqaret kağızlarının, alışqanlarının reklamı qadağandır.

Qanuna aşağıdakı məzmunda 20.3-cü maddə əlavə edilir: “Tütün və tütün məmulatının istehsalı və (və ya) satışı ilə məşğul olan şəxslər "Reklam haqqında" Azərbaycan Respublikası Qanununun 13.4-cü və 28-ci maddələrinə uyğun olaraq sponsor ola bilməzlər".
 
Layihə səsə qoyularaq qəbul edilib.
 





29.11.2016    çap et  çap et