525.Az

“Qarabağ” – “Qəbələ” oyunundan sonra gərginlik


 

“Qarabağ” – “Qəbələ” oyunundan sonra gərginlik<b style="color:red"></b>

Topaz Premyer Liqanın 13-cü turunun “Qarabağ” – “Qəbələ” oyunundan (2:1) sonra gərginlik yaşanıb.

Qol.az-ın məlumatına görə, klubun bəzi nümayəndələri əsəblərini cilovlaya bilməyib və “Qarabağ”ın qələbəsini müxtəlif atmacalı sözlər deməklə şübhə altına alıb.

Bundan başqa, kluba yaxın olan adamlar soyunub-geyinmə otaqlarına yaxın yerdə təhqiramiz ifadələrdən istifadə ediblər. Söyüşün futbolçuların, yoxsa “Qəbələ”nin qapısına penalti təyin edən hakimə ünvanlandığı bilinmir.

Bu zaman “Qəbələ”yə yaxın şəxsləri “Qarabağ”ın kapitanı Rəşad Sadıqov sakitləşdirməyə çalışıb.

 





30.11.2016    çap et  çap et