525.Az

“Azərsun Arena”dakı davanın təfərrüatı


 

“Azərsun Arena”dakı davanın təfərrüatı <b style="color:red"></b>

Topaz Premyer Liqanın 13-cü turunun “Qarabağ” – “Qəbələ” oyunundakı (2:1) insidentin təfərrüatı bəlli olub.

Qol.az-ın xəbərinə görə, futbolçular arasındakı ilk gərginlik oyunun uzatma dəqiqələrində baş verib. İlk olaraq, 90+4-cü dəqiqədə “Qarabağ”lı Almeyda qırmızı vərəqə aldığı epizoddan sonra mübahisə yaranıb.  “Qarabağ”ın 90+7-ci dəqiqədə vurduğu qələbə qolundan sonra isə gərginlik daha da artıb. Bəzi məlumatlara görə, Ağdam klubunun ehtiyat qapıçısı Şahrudin Məhəmmədəliyev qol sevinci zamanı “Qəbələ”li futbolçulara əli ilə təhqiramiz jest edib.

Bundan sonra “Qəbələ”nin kapitanı Rəşad Sadiqovla Ş.Məhəmmədəliyev arasında gərginlik yaranıb. Hətta R.Sadiqov qapıçını sillə ilə vurub da.

R.Sadiqov oyundan sonra jurnalistlərə rəqib oyunçunu vurduğunu təsdiqləyib. O bildirib ki, Şahruddini sillə vuraraq itələyib: “O, cavan oyunçudur. Gərək belə hərəkət eləməyə idi”.

Ümumilikdə isə gərginliyin bu həddə çatmasında 86-cı dəqiqədə hesab 1:0 qonaq komandanın xeyrinə olarkən baş hakim Rəhim Həsənov "Qəbələ"nin qapısına penalti təyin etməsi açar rolunu oynayıb. Bu qərar  “Qəbələ”li futbolçuların etirazına səbəb olub. “Qarabağ” bu penalti ilə hesabı bərabərləşdirib. 90+7-ci dəqiqədə isə Ağdam klubu daha bir qol vuraraq 2:1 hesabı ilə qələbə qazanıb və "Qəbələ"ni 3 xal qabaqlayaraq turnir cədvəlinin vahid lideri olub.

 





30.11.2016    çap et  çap et