525.Az

"Yeni məşğulluq strategiyası yaradılacaq"


 

"Yeni məşğulluq strategiyası yaradılacaq"<b style="color:red"></b> Azərbaycanda yeni məşğulluq strategiyası yaradılacaq.

“APA-Economics” xəbər verir ki, bunu Milli Məclisin Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq, Təbii ehtiyatlar, energetika və ekologiya, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, Aqrar siyasət, İctimai birliklər və dini qurumlar komitələrinin birgə iclasında 2017-ci il dövlət büdcəsinin layihəsinin müzakirəsində iqtisadiyyat nazirinin müavini Sevinc Həsənova deyib.
 
Onun sözlərinə görə, gələn il aktiv əmək proqramlarının genişləndirilməsi, məşğulluğun artırılması  nəzərdə tutulur.
 
S. Həsənova qeyd edib ki, bu il olduğu kimi gələn il də sosial siyasət əsas prioritetlərdən ibarət olacaq.
 





30.11.2016    çap et  çap et