525.Az
Mübariz İbrahimov "Sakarya-Fırat"da bir daha anılacaq
Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun qəhrəmanlığı TRT 1 kanalında yayımlanan "Sakarya-Fırat" serialında geniş xülasə şəklində yenidən yayımlanacaq.
"Sakarya-Fırat" serialının Mübariz İbrahimovdan bəhs edən seriyasını izləyə bilməyənlər TRT 1 kanalında aprelin-də, saat 21.50-də bölümün geniş xülasəsinə baxa bilərlər.
TRT-nin Bakı təmsilçisi Yüksel Değercanin verdiyi məlumata əsasən, TRT kanalının istəyi ilə serialın geniş xülasəsində Milli Qəhrəman Mübariz İbrahimovun qəhrəmanlıq hekayəsi və serialdakı dialoqlar ona böyük sevgi ve hörmət əlaməti olaraq yenidən ekranlara gələcək.
Xatırladaq ki, serialın spn bölümündə Mübariz’n qəhrəmancasına şəhid olması, ‘’Mübarizi Unutmayın ’’ çağırışı öz əksini tapıb. Bölümün sonunda Mübariz İbrahimovun fotoşəkili Türk Şəhidləri ilə eyni Şərəf lövhəsinə yerləşdirilib.
02.04.2013
çap et