525.Az

SOCAR DESFA-nın özəlləşdirilməsindən imtina edir


 

SOCAR DESFA-nın özəlləşdirilməsindən imtina edir<b style="color:red"></b> Ötən gün Yunanıstan hökuməti ilə SOCAR arasında qazpaylayıcı şəbəkə olan DESFA-nın özəlləşdirilməsinə dair aparılan danışıqlar nəticəsiz qalıb.

"APA-Economics" "Wall Street Journal" nəşrinə istinadən xəbər verir ki, Yunanıstan hökuməti DESFA-nın səhmlərinin 66%-nin satılmasına növbəti dəfə maneə yaradıb.
 
SOCAR ilk olaraq 400 mln. avro olan investisiyanın məbləğini azaltmağı təklif edib. Yunanıstanın Energetika Nazirliyinin rəsmisi isə bildirib ki, bu təklifin reallaşdırılması qeyri-mümkündür və tenderin ləğvinə səbəb ola bilər.
 
"Beynəlxalq kreditorlarla aparılacaq məsləhətləşmələrdən sonra gələn həftə Yunanıstan hökuməti yeni tender elan edəcək", - deyə o bildirib.
 
Bu arada "İnterfax" agentliyi Yunanıstanın Energetika Nazirliyinə istinadən yazır ki, SOCAR DESFA-nın özəlləşdirilməsindən imtina edib.
 
Yunanıstanın energetika naziri Panos Skurletis də öz "Twitter" hesabında məsələ ilə bağlı şərh verib: "DESFA-nın özəlləşdirilməsinin uğursuzluğunun səbəbi SOCAR tərəfindən Avropa qanunvericiliyinin və rəqabət şərtlərinə riayət olunmamasıdır".
 
SOCAR DESFA-nın səhmlərinin 31%-ni Yunanıstan hökumətindən, 35%-ni "Hellenic Petroleum SA" şirkətindən alıb. DESFA üzərində nəzarətin SOCAR şirkətinə verilməsinə qədər Yunanıstan şirkətinin səhmlər paketinə HRADF tərəfindən nəzarət edilir.
 
DESFA-nın özəlləşdirilməsi prosesinin yubanmasının əsas səbəbi Avropa Komissiyasının Rəqabət üzrə Baş Direktorluğu tərəfindən SOCAR-a qazpaylayıcı operatorun nəzarət paketinin ötürülməsi üzrə apardığı araşdırmalardır. Antiinhisar prinsiplərinə əsaslanan Yunanıstan dövləti SOCAR-ın səhm payının 17%-ni üçüncü tərəfə satmağını təklif edir. Səhm paketini İtaliyanın "Snam" şirkəti almaq niyyətindədir və bununla bağlı SOCAR-la danışıqlar aparılır.
 





01.12.2016    çap et  çap et