525.Az

Novorossiysk, Supsa və Ceyhan limanları vasitəsilə xam neft ixracı azaldıldı


 

Novorossiysk, Supsa və Ceyhan limanları vasitəsilə xam neft ixracı azaldıldı<b style="color:red"></b> SOCAR bu ilin noyabr ayında Novorossiysk, Supsa və Ceyhan limanları vasitəsilə xam neft ixracını azaldıb.
 
SOCAR-dan “APA-Economics”ə verilən məlumata görə, Novorossiysk limanı vasitəsilə 159 min 712 ton xam neft ixrac edilib. Bu, ötən ilin noyabr ayı ilə müqayisədə 5,86% azdır. Ümumilikdə bu ilin yanvar-noyabr ayları ərzində Novorossiysk limanından 1 mln. 137 min 953 ton xam neft ixrac edilib. Bu isə 2015-ci ilin 11 ayı ilə müqayisədə 10,40% azdır.
 
SOCAR bu ilin noyabr ayında Supsa limanı vasitəsilə 91 min 616 ton xam neft ixrac edib. Bu, ötən ilin noyabr ayı ilə müqayisədə 45,87% azdır. Ümumilikdə bu ilin yanvar-noyabr ayları ərzində Supsa limanından 2 mln. 212 min 888 ton xam neft ixrac edilib. Bu isə 2015-ci ilin 11 ayı ilə müqayisədə 12,93% azdır.
 
SOCAR noyabr ayında Ceyhan limanından 1 mln. 501 min 807 ton xam neft ixrac edib. Bu isə ötən ilin noyabr ayı ilə müqayisədə 1,81% azdır. Ümumilikdə, bu ilin yanvar-noyabr ayları ərzində Ceyhan limanından 15 mln. 494 min 20 ton xam neft ixrac edilib. Bu isə 2015-ci ilin 11 ayı ilə müqayisədə 3,64% azdır.
 
Bu dövr ərzində Kulevi terminalından 14 min 946 ton xam neft ixrac edilib.
 
SOCAR tərəfindən ixrac olunmuş xam neftin göstəriciləri həm Azərbaycan dövlətinə, həm də şirkətin özünə məxsus xam neft həcmlərini əks etdirir.
 





01.12.2016    çap et  çap et