525.Az

Tarixdə bu gün


 

Tarixdə bu gün<b style="color:red"></b> 2 dekabr - Köləliyin ləğv edilməsi uğrunda beynəlxalq mübarizə günüdür.

Bu tarix BMT-nin Baş Assambleyasının insan alverinə qarşı mübarizə haqqında konvensiyanı qəbul etməsi ilə bağlıdır.
BMT-nin hesablamalarına görə hazırda dünyada 21 milyon qadın, kişi və uşaq köləlik şəraitində yaşayır. Bu isə köləliyin hələ də tamamilə aradan qaldırılmadığını göstərir.

1929-cu il. Azərbaycan şairi, pedaqoq, ədəbiyyatşünas, tərcüməçi, filoloq, tarixçi, xəttat, teatr xadimi Həsənəli xan Qaradaği vəfat edib (1848-1929).

O, İ.Krılovun 60-dan çox təmsilinin, K.Uşinski, A.İzmaylov, A.Pçelnikova və digər yazıçıların şeir, hekayə və təmsillərinin Azərbaycan dilinə ilk tərcüməçisi olub.

Şairin bizə gəlib çatmış əsərləri arasında 50-dən çox qəzəl, müxəmməs və növhələr, onlarla məktub var.
 





02.12.2016    çap et  çap et