Elektrik enerjisinin kəsilməsinə görə, Bakı metropoliteniin fəaliyyətində problemlər yaranıb.
525.az-ın xəbərinə görə, metro işləmədiyi üçün əhalı alternativ nəqliyyat vasitələrinə üz tutub. Şəhərdə böyük tıxaclar yaranıb. Metro stansiyalarının girişində izdiham müşahidə olunur.
Artıq 4 saata yaxındır ki, metronun fəaliyyəti bərpa olunmadığından əhali arasında ciddi təşviş və narahatlıq yaranıb. Sərnişinlərin verdiyi məlumata görə, Nizami, Koroğlu, 28 may və digər metrostansiyaların ətrafında tıxaclar var.
çap et