525.Az

Azərbaycanda qızıl mədənində maşın aşıb, sürücü ölüb


 

Azərbaycanda qızıl mədənində maşın aşıb, sürücü ölüb<b style="color:red"></b>

Azərbaycan Beynəlxalq Mədən Əməliyyatı Şirkətinə məxsus yük avtomobili qəzaya düşüb.

Bu barədə APA-ya Gədəbəy Rayon Prokurorluğundan məlumat verilib.
 
Hadisə bu gün Gədəbəydəki qızıl mədənində baş verib.
 
HOVA markalı, 90 RL dövlət nömrə nişanlı yük avtomobilinin aşması nəticəsində avtomobilin sürücüsü, Gədəbəy rayon Söyüdlü kənd sakini, 1982-ci il təvəllüdlü Ayaz İslam oğlu Abdullayev ölüb.
 
Faktla bağlı araşdırma aparılır.

 





03.04.2013    çap et  çap et