525.Az

Prezident cəbhədə hərbi hissənin açılışında


 

Prezident cəbhədə hərbi hissənin açılışında<b style="color:red"></b> Dekabrın 3-də Tərtər rayonunda Müdafiə Nazirliyinin yeni inşa edilmiş “N” saylı hərbi hissəsinin açılışı olub.
 
525.az-ın məlumatına görə, Azərbaycan prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev hərbi hissənin açılışında iştirak edib.
 
Müdafiə naziri Zakir Həsənov Ali Baş Komandan İlham Əliyevə raport verib.
 
Məlumat verilib ki, hərbi hissənin ərazisində qərargah, iki kazarma, yeməkxana, tibb məntəqəsi, hamam-camaşırxana, hərbçilərin idmanın müxtəlif növləri ilə məşğul olmaları üçün burada idman şəhərciyi, müxtəlif növ texnika və avtomobillərin saxlanıldığı park yaradılıb.
 





03.12.2016    çap et  çap et