525.Az

Tarixdə bu gün


 

Tarixdə bu gün<b style="color:red"></b> Dekabrın 5-i Beynəlxalq Könüllülər Günüdür.

BMT-nin Baş Məclisi 1985-ci ildə hökumətlərə hər il iqtisadi və sosial inkişaf naminə 5 dekabr tarixini Beynəlxalq Könüllülər Günü kimi qeyd etməyi təklif edib.

Həmin ildən etibarən dekabrın 5-i Beynəlxalq Könüllülər Günü kimi qeyd olunur.

1492-ci il. Xristofor Kolumb Haitini kəşf edib.

Qiymətli daş-qaş axtarışı məqsədilə cənuba doğru hərəkət edən Kolumb oktyabrın 29-da Kuba adasını kəşf edib.

O, burada heç nə tapa bilmədiyinə görə yenidən üzməyə başlayıb və Haiti adasına gəlib çatıb.

Burada onun komandasının olduğu “Santa Mariya” gəmisi qəzaya uğrayıb. Kolumb Haitidə 43 nəfər könüllü qoyub 1493-cü ildə İspaniyaya qayıtmaq qərarına gəlib.

1946-cı il. Nyu-York şəhəri Birləşmiş Millətlər Təşkilatının daimi qərargahı seçilib.

1941-ci il. Finlandiya, Macarıstan və Rumıniya SSRİ-yə qarşı hərbi əməliyyatları dayandırmaqdan imtina edəndən sonra Böyük Britaniya bu ölkələrə müharibə elan edib.
 





05.12.2016    çap et  çap et