525.Az
3-cü mərtəbədən yıxılan azyaşlı sağ qaldı
Bakıda azyaşlı yaşadığı binadan yıxılıb.
APA-nın məlumatına görə, hadisə paytaxtın Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsində qeydə alınıb.
Qəsəbə sakini 3 yaşlı Solmaz Məmmədova yaşadığı evin pəncərəsindən (3-cü mərtəbədən) aşağı düşüb.
Nəticədə xəstəxanaya yerləşdirilən uşağın vəziyyəti ağır qiymətləndirilir.
05.12.2016
çap et