525.Az

Havanın temperaturu 25 dərəcəyə çatacaq


 

Havanın temperaturu 25 dərəcəyə çatacaq<b style="color:red"></b>

Sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosununn direktor müavini Gülşad Məmmədovanın APA-ya verdiyi məlumata görə, səhər və axşam bəzi yerlərdə duman olacaq. Cənub küləyi əsəcək. Havanın temperaturu gecə 6-10, gündüz 14-19, bəzi yerlərdə 21 dərəcə isti təşkil edəcək.
 
Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək, bəzi yerlərdə duman, ayrı-ayrı cənub rayonlarında çiskin olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 5-10, gündüz 16-21, bəzi yerlərdə 25 dərəcə, dağlarda gecə 0-5 dərəcə, gündüz 10-15, bəzi yerlərdə 18 dərəcə isti təşkil edəcək.

 





03.04.2013    çap et  çap et