525.Az

“Zərərli vərdişlərə “YOX” deyirik”


 

“Zərərli vərdişlərə “YOX” deyirik”<b style="color:red"></b>

Bakı Xoreoqrafiya Akademiyası respublikanın ictimai-mədəni həyatında iştirak edərək uşaq və gənclərin sağlam ruhda tərbiyə olunması üzrə dövlət siyasətinə dəstək verməsi üçün mütəmadi olaraq maarifləndirici tədbirlər təşkil edir.

Bakı Xoreoqrafiya Akademiyasında 1 dekabr Ümumdünya QİÇ-lə mübarizə günü ilə əlaqədar tam orta məktəb pilləsinin şagirdlərinin iştirakı ilə “Zərərli vərdişlərə “YOX” deyirik” adlı seminar keçirilib. Seminarda Akademiyanın rəhbərliyi, prorektorlar və şöbə müdirləri, məsul işçiləri, o cümlədən, tədbirin təşkilində böyük zəhməti olan tam orta məktəbin direktoru Bəşarət Hüseynova, müavinləri Kamilə Əliyeva və Samirə Əliyeva, Uşaq Birliyinin rəhbəri Xatirə Tahirova, professor-müəllim heyəti iştirak edib.

Tədbirə cavabdeh müəllim İradə Salmanova seminar iştirakçılarını salamlayaraq, giriş sözü ilə çıxış edib. Tədbirdə qonaq qismində iştirak edən seminarın əsas məruzəçisi Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin QİÇS-lə Mübarizə Mərkəzinin həkimi Dilşad Mahmudovanın təqdimatında fast-food, siqaret, alkoqollu və enerji içkiləri, narkotik maddələr, internet asıllığı kimi zərərli vərdişlərdən danışılıb. İnteraktiv şəkildə keçirilən təqdimatda Akademiyanın şagirdləri tərəfindən verilmiş suallar cavablandırılıb.

Təqdimatdan sonra Akademiyanın müəllimi Cəmilə Piriyevanın quruluşunda şagirdlər rəqsin dili ilə zərərli vərdişlərə öz etirazlarını bildiriblər.

 





05.12.2016    çap et  çap et